пятница, 11 ноября 2011 г.

РАНГ


Qohum funksiyalar:

Sintaksis:
    РАНГ(число;ссылка;порядок)
Nəticə:
    Verilənlər çoxluğunda ədədlərin sıra ranqını hesablayır.
Arqumentlər:

  •     число: ranqı hesablanan ədəd;
  •     ссылка: ilkin verilənlər massivi (massivdə ədəd tipli olmayan verilənlər nəzərə alınmır);
  •      порядок: nizamlanma üsulunu göstərən ədəd.

Qeydlər:

  •      əgər порядок = 0 və ya arqument buraxılıbdırsa, onda EXCEL ədədin ranqını ilkin verilənləri azalma sırasında düzməklə təyin edir;
  •      порядок arumenti istənilən sıfırdan fərqli ədəd olduqda onda EXCEL ədədin ranqını ilkin verilənləri artma sırasında düzməklə təyin edir.

Riyazi-statistik interpretasiya:
    Ədədin ranqı dedikdə onun verilənlər çoxluğunda digər ədədlərə nisbətən sıra nömrəsi başa düşülür. РАНГ funksiyası verilənlərin qabaqcadan nizamlanmasını tələb etmir. EXCEL-də bu iş avtomatik yerinə yetirilr: порядок =0 olduqda nizamlanma azalma istiqamətində, порядок ≠ 0 olduqda isə artma istiqamətində aparılır. 


Misal
Ali məktəbə qəbul bal sistemi ilə aparılır. Abituriyentin toplaya biləcəyi maksimal balların miqdarı 100-ə bərabərdir. Bir qrup abituriyent üçün bu nəticələr aşağıdakı cədvəldə verilmişdir:

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
Ballar
48
56
81
45
62
73
82
87
36
40
51
62
67
80
82
38
40
69
73
84

Cədvəldə göstərilmiş ballar əsasında abituriyentlərin ranqlarını hesablamalı.




Həlli

Məsələnin verilənlərini azalma sırasında düzsək, aşağıdakı ranqlaşdırılmış sıranı almış olarıq:

8
20
7
15
3
14
6
19
18
13
5
12
2
11
1
4
10
17
16
9
Ballar
87
84
82
82
81
80
73
73
69
67
62
62
56
51
48
45
40
40
38
36
Ranqlar
1
2
3
3
5
6
7
7
9
10
11
11
13
14
15
16
17
17
19
20

İndi də məsələni РАНГ funksiyasının köməyilə həll edək.
     1. İlkin verilənlər cədvəlini tərtib edək:


2. Nəticənin yazılacağı xanalar diapazonunu seçək (B4:U4)

3. Мастер функций dialoq pəncərəsinin Статистические kateqoriyasından РАНГ funksiyasını seçək. Bu zaman РАНГ funksiyasının dialoq pəncərəsi əmələ gələcək.

4. Число sahəsinə daxil olaraq ilkin verilənlər diapazonunu (B2:U2) mausla seçək.

5. Порядок sahəsinə daxil olaraq 0 qiymətini yazaq (EXCEL siyahını ranqların azalma istiqamətində nizamlayır).

6. CTRL+SHIFT+ENTER klavişlər kombinasiyasını basmaqla massiv düsturunu daxil edək.

7. Bu zaman B4:U4 xanalar diapazonunda hər bir abituriyentin ballarının  hesablanmış ranqı göstərilir.