пятница, 11 ноября 2011 г.

РАНГ


Qohum funksiyalar:

Sintaksis:
    РАНГ(число;ссылка;порядок)
Nəticə:
    Verilənlər çoxluğunda ədədlərin sıra ranqını hesablayır.
Arqumentlər:

  •     число: ranqı hesablanan ədəd;
  •     ссылка: ilkin verilənlər massivi (massivdə ədəd tipli olmayan verilənlər nəzərə alınmır);
  •      порядок: nizamlanma üsulunu göstərən ədəd.

Qeydlər:

  •      əgər порядок = 0 və ya arqument buraxılıbdırsa, onda EXCEL ədədin ranqını ilkin verilənləri azalma sırasında düzməklə təyin edir;
  •      порядок arumenti istənilən sıfırdan fərqli ədəd olduqda onda EXCEL ədədin ranqını ilkin verilənləri artma sırasında düzməklə təyin edir.

Riyazi-statistik interpretasiya:
    Ədədin ranqı dedikdə onun verilənlər çoxluğunda digər ədədlərə nisbətən sıra nömrəsi başa düşülür. РАНГ funksiyası verilənlərin qabaqcadan nizamlanmasını tələb etmir. EXCEL-də bu iş avtomatik yerinə yetirilr: порядок =0 olduqda nizamlanma azalma istiqamətində, порядок ≠ 0 olduqda isə artma istiqamətində aparılır. 


Misal
Ali məktəbə qəbul bal sistemi ilə aparılır. Abituriyentin toplaya biləcəyi maksimal balların miqdarı 100-ə bərabərdir. Bir qrup abituriyent üçün bu nəticələr aşağıdakı cədvəldə verilmişdir:

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
Ballar
48
56
81
45
62
73
82
87
36
40
51
62
67
80
82
38
40
69
73
84

Cədvəldə göstərilmiş ballar əsasında abituriyentlərin ranqlarını hesablamalı.

Комментариев нет:

Отправить комментарий